“İnter”in müdafiəçisi Dieqo Qodin karyerasını “Renn”də davam etdirə bilər.

İtaliya mətbuatının məlumatına görə, bu mövsüm Liqa 1-də yüksək yerlər uğrunda mübarizə aparan Fransa təmçiçisi artıq uruqvaylı futbolçunun agenti ilə danışıqlara başlayıb. Qodinin Milan klubu ilə müqavilə müddəti isə 2022-ci ildə başa çatacaq. Ötən mövsüm A seriyasında 23 oyun keçirən 34 yaşlı müdafiəçi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.